IZZI (“IZZI”, “biz”, “bizə” və ya “bizim”) olaraq biznes fəaliyyəti göstərməklə, Maestro Limited Company MMM-də bizim cəmiyyətin bir hissəsi olmağı seçdiyiniz üçün sizə təşəkkür edirik. Siz sizin fərdi məlumatlarınızı və məxfilik hüququnuzu qorumağa sadiqik. Qeyd edilən məxfilik bildirişi və ya bizim fərdi məlumatınızla əlaqəli təcrübəmiz barədə hər hansı sualınız olduğu təqdirdə, [email protected] elektron poçtu vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Qeyd edilən məxfilik bildirişi aşağıdakı hallarda sizin məlumatlardan istifadə etmə qaydalarını özündə ehtiva edir:
Qeyd edilən məxfilik bildirişində, terminlərimiz aşağıdakı mənaları əks etdirəcəkdir:
Qeyd edilən məxfilik bildirişinin məqsədi sizə topladığımız məlumat, ondan istifadə qaydaları və bununla əlaqəli sizin hüquqlarınızı sizə ətraflı qaydada izah etməkdir. Bu məxfilik qaydalarının hər hansı şərti ilə razı olmadığınız təqdirdə, bizim xidmətdən istifadəni dərhal dayandırmağınızı xahiş edirik.
Qısa məlumat:
Biz qanunvericiliyə uyğun fəaliyyət göstərmək, sizi xidmətlərlə təmin etmək, hüquqlarınızı qorumaq və ya biznes öhdəliklərini yerinə yetirmək üçün yalnız sizin razılığınızla məlumatı bölüşürük.
Biz veb səhifəmiz üzərindən qeydiyyatdan keçən, biz və ya bizim məhsul və xidmətlərimiz barədə məlumat əldə etmək marağınızı izhar edən, veb səhifə üzərindən fəaliyyətlərdə iştirak edən (bizim onlayn forumlarda ismarıc yazaraq və ya yarışlar, müsabiqə və ya hədiyyələr bölümünə daxil olmağınız kimi) və ya digər qaydada bizimlə əlaqə saxladığınız zaman könüllü olaraq bizə təqdim etdiyiniz fərdi məlumatları toplayırıq.
Topladığımız fərdi məlumat sizin bizimlə və veb səhifə ilə qarşılıqlı əlaqənizdən, seçimizindən və istifadə etdiyiniz mal və elementlərdən asılıdır. Topladığımız fərdi məlumata aşağıdakılar daxil edilə bilər.
Tərəfinizdən təqdim edilən fərdi məlumat. Biz adlar, telefon nömrələri, elektron poçt ünvanları, poçt ünvanları, şifrə, əlaqəli şəxslər və digər oxşar məlumatları toplayırıq.
Ödəniş barədə məlumat. Biz alış-veriş etdiyiniz təqdirdə, ödəniş alətinizin nömrəsi (kredit kartın nömrəsi kimi) və ödəniş alətinizlə əlaqəli təhlükəsizlik kodu kimi ödənişinizin həyata keçirilməsi üçün zəruri məlumatları toplaya bilərik. Bütün ödəniş məlumatları Cloud Payments tərəfindən saxlanılır. Siz onların məxfilik bildirişi linki ilə aşağıda tanış ola bilərsiniz:
Sosial Media Loqin məlumatı. Biz Facebook, Tvitter və ya digər social media hesabınızdan istifadə etməklə tərəfimizdən qeydiyyata alınmaq seçimini təmin edə bilərik. Siz buy olla qeydiyyata alınmaq istədikdə, biz aşağıda qeyd edilən “SİZİN SOSİAL ŞƏBƏKƏLƏRƏ GİRİŞLƏRİNİZDƏN NECƏ İSTİFADƏ EDİRİK” adlı bölmədə qeyd edilən məlumatı toplayacağıq.
Bizə təqdim etdiyiniz bütün fərdi məlumatlar tam və dəqiq olmalı və siz bizə belə fərdi məlumatlarda istənilən dəyişiklik barədə məlumat verməlisiniz.
Qısa məlumat:
Biz sizin məlumatlardan qanuni biznes maraqları, sizinlə bağladığımız müqavilənin icrası, hüquqi öhdəliklərimizi qarşılamaq və/ və ya sizin razılığınızı əldə etmək məqsədilə emal edirik.
Biz aşağıda qeyd edilən fərqli biznes məqsədləri üçün veb səhifəmiz vasitəsilə topladığımız fərdi məlumatdan istifadə edirik. Biz sizin məlumatlardan qanuni biznes maraqları, sizinlə bağladığımız müqavilənin icrası, hüquqi öhdəliklərimizi qarşılamaq və/ və ya sizin razılığınızı əldə etmək məqsədilə emal edirik. Biz aşağıda qeyd edilən hər bir məqsədə əsaslanaraq xüsusi emal sahələrini qeyd edirik.
Biz topladığımız və ya qəbul etdiyimiz məlumatlardan istifadə edirik.
Qısa məlumat:
Biz qanunvericiliyə uyğun fəaliyyət göstərmək, sizi xidmətlərlə təmin etmək, hüquqlarınızı qorumaq və ya biznes öhdəliklərini yerinə yetirmək üçün yalnız sizin razılığınızla məlumatı bölüşürük.
Biz aşağıdakı hüquqi əsaslarla sizin məlumatları emal edə və ya onu bölüşə bilərik:
Xüsusi olaraq, biz aşağıdakı hallarda sizin məlumatlarını emal edə və ya onu bölüşə bilərik:
Qısa məlumat:
Biz yalnız aşağıdakı kateqoriyaya daxil olan üçüncü şəxslərlə məlumatları bölüşürük.
Biz yalnız aşağıdakı kateqoriyaya daxil olan üçüncü şəxslərlə məlumatları bölüşür və açıqlayırıq. Biz razılığınızla məlumatlarınızı emal etdikdə və siz razılığı geri götürmək istədikdə, “QEYD EDİLƏN BİLDİRİŞ BARƏDƏ BİZİMLƏ NECƏ MƏLUMAT YARATMAQ OLAR” başlıqlı bölmədə qeyd edilən əlaqəli məlumatlarından istifadə edərək bizimlə əlaqə saxlaya biləriniz.
Qısa məlumat:
Biz kuki və digər izləmə texnologiyalarından sizin məlumatları toplamaq və saxlamaq üçün istifadə edə bilərik
Biz məlumata daxil olmaq və ya onu saxlamaq üçün kuki və oxşar izləmə texnologiyalarından (veb beacon və piksel kimi) istifadə edə bilərik. Bizim belə texnologiyalardan necə istifadə etdiyimiz və müəyyən kukilərdən imtina edə biləcəyimiz barədə xüsusi məlumat bizim Cookie bildirişimizdə müəyyən edilmişdir.
Qısa məlumat:
Siz social media hesabından istifadə etməklə bizim xidmətlər üzrə qeydiyyatdan keçdikdə və ya daxil olduqda, biz sizin barədə müəyyən məlumatlara giriş əldə edə bilərik.
Bizim veb səhifə sizə üçüncü tərəf social media hesab rekvizitlərinizdən istifadə etməklə qeydiyyata alınmaq və daxil olmaq təklifi verir (Facebook və ya Tvitter girişləri kimi). Siz bunu seçdikdə, biz social media provayderinizdən müvafiq profil məlumatlarınızı əldə edəcəyik. Əldə edəcəyimiz profil məlumatı əlaqəli social media provayderindən asılı olaraq dəyişə bilər, lakin adətən bura adınız, elektron poçtunuz, dostlar siyahınız, profil şəkliniz və həmçinin belə social media platformasında ictimaiyyətləşdirdiyiniz digər məlumatlar daxildir.
Biz belə əldə etdiyimiz məlumatdan yalnız bu məxfilik bildirişdə qeyd edilən və ya müvafiq veb səhifədə sizə bildiriən məqsədlər üçün istifadə edəcəyik. Nəzərə alın ki, biz üçüncü tərəf social media provayderiniz tərəfinizdən fərdi məlumatlarınızın digər məqsədlər üçün istifadəsinə nəzarət etmir və buna görə heç bir məsuliyyət daşımırıq. Biz sizə onların necə məlumat topladıqlarını, fərdi məlumatlarınızından istifadə etdikləri və bölüşdükləri və onların səhifələri və tətbiqləri üzərində məxfilik tənzimləmələrini həyata keçirməyi öyrənmək üçün onların məxfilik bildirişini nəzərdən keçirməyinizi tövsiyə edirik.
Qısa məlumat:
Biz reklam həyata keçirən, lakin bizim səhifəmizin filial olmayan üçüncü tərəf provayderlərlə bölüşdüyünüz məlumatların təhlükəsizliyinə görə məsuliyyət daşımırıq.
Veb səhifəyə bizim filialımız olmayan və digər veb səhifələr, onlayn xidmətlər və ya mobil tətbiqlərə keçid edə bilən üçüncü tərəf reklamları daxil ola bilər. Biz üçüncü tərəflərə təqdim etdiyiniz məlumatın təhlükəsizliyi və məxfiliyinə görə heç bir məsuliyyət daşımırıq. Üçüncü tərəflərin topladığı istənilən məlumat bizim məxfilik bildirişimizə daxil deyildir. Biz veb səhifəyə və ya səhifədən keçid edə bilən digər veb səhifələr, xidmət və ya tətbiqlər daxil olmaqla istənilən üçüncü tərəfin məzmunu və ya məxfilik və təhlükəsizlik təcrübələri və qaydalarına görə məsuliyyət daşımırıq. Siz belə üçüncü tərəf qaydalarını nəzərdən keçirməli və suallarınızı cavablandırmaları üçün onlarla birbaşa olaraq əlaqə saxlamalısınız.
Qısa məlumat:
Biz qanunvericiliklə digər qaydada müəyyən edilməyənədək sizin məlumatları bu məxfilik bildirişdə qeyd edilən məqsədləri yerinə yetirənədək saxlayırıq.
Biz qanunvericiliklə daha uzun saxlama müddəti tələb edilməyənədək və ya icazə verilməyənədək (vergi, mühasibatlıq və ya digər hüquqi tələblər kimi) sizin məlumatları bu məxfilik bildirişdə qeyd edilən məqsədləri yerinə yetirənədək saxlayırıq. Bu bildirişdə qeyd edilən heç bir məqsəd istifadəçi hesabının ləğv edilməsindən sonra on iki (12) aydan artıq müddətdə sizin fərdi məlumatınızın saxlanmasını tələb etmir.
Hər hansı davam edən biznes məqsədimiz üçün fərdi məlumatınızın emalına ehtiyac olmadığı təqdirdə, biz ya belə məlumatı silir və ya anonim saxlayır və ya mümkün olmadığı təqdirdə (məsələn, sizin fərdi məlumatlarınız rezerv arxivlərdə saxlanıldıqda) biz belə fərdi məlumatlarınızı təhlükəsiz qaydada saxlayır və ləğv etmənin mümkün olmasınadək onları istənilən emaldan izolə edirik.
Qısa məlumat:
Biz təşkilati və texniki təhlükəsizlik tədbirləri sistemi vasitəsilə sizin fərdi məlumatlarınızın təhlükəsizliyini qoruyuruq.
Biz emal etdiyimiz istənilən fərdi məlumatın təhlükəsizliyini qorumaq üçün müvafiq texniki və təşkilati təhlükəsizlik tədbirlərini icra edirik. Buna baxmayaraq, sizin məlumatınızı qorumaq cəhdlərimizə baxmayaraq, internet üzərindən və ya məlumat saxlama texnologiyasından hər hansı elektron ötürmənin təhlükəsizliyinə 100% zəmanət verilə bilməz. Bununla biz haker, kibercinayətkar və ya digər kənar üçüncü şəxslərin bizim təhlükəsizliyimizə zərər verə bilməyəcəyinə və ya qeyri-müvafiq qaydada sizin məlumatları toplaya, onlara giriş əldə edə, oğurlaya və ya onlara dəyişiklik edə bilməyəcəyinə zəmanət verə bilmərik. Buna baxmayaraq, biz riskiniz hesabına sizin fərdi məlumatları qorumaq, fərdi məlumatların veb səhifədən ötürülməsini qorumaq üçün bütün tədbirləri görəcəyik. Siz yalnız təhlükəsiz mühit daxilində veb səhifəyə daxil olmalısınız.
Qısa məlumat:
Biz 18 yaşdan aşağı uşaqlardan məlumat toplamır və ya mal təklif etmirik.
Biz bilərəkdən 18 yaşdan aşağı uşaqlardan məlumat toplamır və ya onlara mal təklif etmirik. Veb səhifədən istifadə etməklə, siz təsdiq edirsiniz ki, ən azı 18 yaşınız var və ya veb səhifədən istifadə edən uşağın valideyni və ya qəyyumusunuz və ona istifadəyə icazə verirsiniz. Biz 18 yaşdan aşağı istifadəçilərdən fərdi məlumatların toplanması barədə məlumat əldə etdikdə, hesabı deaktiv edəcəyik və belə məlumatların qeydlərimizdən silinməsi üçün tədbirlər görəcəyik. 18 yaşdan aşağı uşaqlardan məlumat toplamağımız barədə sizdə hər hansı məlumat olduqda, [email protected] elektron poçtu vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Qısa məlumat:
Siz istənilən vaxt hesabınızı nəzərdən keçirə, ona dəyişiklik edə və ya onu ləğv edə bilərsiniz.
Siz AİS və ya BK sakini olduqda və sizin fərdi məlumatdan qeyri-qanuni istifadə etdiyimiz qənaətinə gəldikdə, siz yerli məlumatın qorunmasına nəzarət orqanına şikayət vermək hüququna maliksiniz. Əlaqə məlumatlarını aşağıdakı veb səhifədən əldə edə bilərsiniz: https://ec.europa eu/justice/data-protection/bodies/authorities/index en him.
Siz İsveçrə sakini olduqda, məlumatların qorunması orqanlarının əlaqə rekvizitləri aşağıdakı veb səhifədə qeyd edilmişdir: https://www.edoeb.admin.ch/edoeb/en/home.html.
Məxfilik qaydaları barədə hər hansı sualınız və ya şikayətiniz olduqda, bizimlə [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Bir çox veb səhifələr və bəzi mobil operator sistemləri və mobil tətbiqlərə baxdığınız və topladığınız onlayn brauzer fəaliyyətləriniz barədə məlumatlarınızın saxlanılmaması üçün məxfilik funksiyasını aktivləşdirməyə imkan verən İzləmə (DNT) elementi və ya tənzimləmələri daxildir. Bu mərhələdə, DNT siqnallarını tanımaq və icra etmək üçün heç bir vahid texnologiya yekun olaraq ərsəyə gəlməmişdir. Belə olduğu təqdirdə biz sizin seçiminizin avtomatik olaraq onlayn izlənməməsi üçün DNT brauzer siqnalları və ya istənilən digər mexanizmləri tətbiq etmirik. Gələcəkdə riayət etməli olacağımız standart onlayn izləmə normaları qəbul edildiyi təqdirdə, biz qeyd edilən məxfilik bildirişinə dəyişiklik etməklə bu barədə sizi məlumatlandıracağıq.
Qısa məlumat:
Bəli, siz Kaliforniya sakini olduqda, sizə fərdi məlumatlarınıza girişlə əlaqəli xüsusi hüquqlar veriləcəkdir.
Kaliforniya Mülki Məcəlləsinin 1798.83-cü maddəsi (həmçinin “İşıq saç” qanunu kimi tanınır) Kaliforniya sakini olan istifadəçilərimizə birbaşa marketinq məqsədləri üçün üçüncü tərəflərə açıqladığımız fərdi məlumat kateqoriyaları və ötən il ərzində fərdi məlumatları bölüşdüyümüz bütün üçüncü tərəflərin adları və ünvanları barədə məlumatı ildə bir dəfə və təmənnasız olaraq tələb etmək və əldə etmək hüququ verir. Siz Kaliforniya sakini olduqda və belə tələb irəli sürmək istədikdə, aşağıda qeyd edilən əlaqə məlumatından istifadə etməklə yazılı qaydada bizə müraciət təqdim etməyinizi xahiş edirik.
18 yaşdan aşağı olduqda və kaliforniyada yaşadıqda və veb səhifədə qeydiyyatdan keçmiş hesabınız olduqda, siz veb səhifə üzərində dərhal etdiyiniz istənilən məlumatın silinməsini tələb etmək hüququna maliksiniz. Belə məlumatın silinməsini tələb etmək üçün, aşağıda göstərilən əlaqə məlumatlarından istifadə etməklə əlaqə saxlamağınızı və hesabınızla əlaqəli elektron poçt ünvanınızı və kaliforniyada yaşadığınız barədə bildirişi daxil etməyinizi xahiş edirik. Məlumatın veb səhifə üzərindən ictimaiyyətə açıqlanmayacağını təmin edəcəyik, lakin nəzərə alın ki, məlumat bizim sistemlərimizdən tam olaraq silinməyə bilər (məsələn rezerv və sair).
Qısa məlumat:
Bəli, biz müvafiq qanunvericiliyə riayət etmək məqsədilə qeyd edilən bildirişi yeniləyəcəyik.
Biz vaxtaşırı olaraq qeyd edilən məxfilik bildirişini yeniləyə bilərik. Yenilənmiş versiya yenilənmiş “Dəyişdirilmiş” tarixlə qeyd ediləcək və yenilənmiş versiyaya daxil olma imkanı olan kimi qüvvəyə minəcəkdir. Biz qeyd edilən məxfilik bildirişinə əhəmiyyətli dəyişiklik etdiyimiz təqdirdə, sizi belə dəyişikliklər barədə bildiriş göndərməklə və ya birbaşa olaraq sizi məlumatlandıracağıq. Sizin məlumatlarınızı necə qoruduğumuzu öyrənmək üçün müntəzəm olaraq məxfilik bildirişini nəzərdən keçirməyinizi xahiş edirik.
Qeyd edilən bildirişlə əlaqəli hər hansı sualınız və ya rəyiniz olduğu təqdirdə [email protected] elektron poçtuna yazmaqla və ya Azərbaycan, Bakı şəhəri, Ağ Şəhər, Mərkəzi Bulvar küçəsi 14, Maestro Limited Company MMM-ə poçt vasitəsilə məktub göndərməklə əlaqə saxlaya bilərsiniz.
Ölkənizdə tətbiq edilən qanunvericiliyə əsasən, siz topladığımız fərdi məlumata giriş tələb etmək, belə məlumata dəyişiklik etmək və ya bəzi hallarda silmək hüququna malik ola bilərsiniz. Fərdi məlumatınızı nəzərdən keçirmək, yeniləmək və ya silmək üçün, [email protected] elektron poçtu vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.